Smart Saat Wonlex Q50 Kids GPS Watch

89 AZN

Məhsulun kodu:

13954

Vəziyyəti:

Yeni

Çatdırılma:

Yoxdur

Paylaş

Məhsulun kodu:

13954

Vəziyyəti:

Yeni

Çatdırılma:

Yoxdur

Daxil edilən PIN-kod yanlışdır Boş ola bilməz

Wonlex Orijinal GPS saatlar yalnız bizdə (QR code mühafizə ilə).

1 il zəmanət. Texniki və məlumat dəstəyi. İMEİ qeydiyyatdan keçib. AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Uyğunluq Sertifikatı mövcuddur. Saxta mallardan özünüzü və övladınızı uzaq tutun. 

Wonlex Q50 GPS trekerli uşaq saatı artıq klassikaya çevrilmişdir. Aşağı qiymətə və etibarlı quruluşuna görə bu model böyük maraq və tələbat doğurmaqdadır.

Əsas xüsusiyyətləri

* Real zamanda ikili geopozisiya: GPS + LBS. Açıq məkanda GPS-naviqasiya öz işini mükəmməl görür, 5 metr dəqiqliklə yeri bildirir. Lakin, uşaq heç bir GPS qurğunun düz işləmədiyi qapalı məkanda olanda (metro, məktəb, bina), LBS-lokasiya sistemi köməyimizə çatır. Sadə dil ilə desək, əgər GPS-saat GPS siqnalı itirərsə, o mobil şəbəkə “qüllələri” ilə səmtlənir, və obyekt xəritədə itmir. LBS servisinin əsas rolu peyk naviqasiyasının verilənlərini tamamlamaqdır.

*İkitərəfli mobil rabitə. Uşaqla zəngləşmək və “mesajlaşmaq” imkanı.

*Uşağın hərəkət tarixçəsi. Siz müəyyən olunmuş tarixdə uşağın harda və nə qədər olmasını görə bilərsiz.

*Audionəzarət. 

*Təhlükəsizlik zonası. Mobil əlavə vasitəsi ilə siz xəritədə yer məkan seçirsiz və radiusu müəyyən edirsiz. Uşaq bu məkanı tərk edərsə, siz dərhal bildiriş alacaqsız.

* SOS funksiyası. Uşaq xoşagəlməz hadisə ilə rastlaşarsa və ya təhlükə ilə üzləşərsə, o cəmi bir düyməni basaraq valideyinə zəng göndərir. 3 nömrə qeyd etmək olar. Əgər valideyn telefonu qaldırmırsa, zəng avtomatik olaqraq digər valideyinə, və ya  məslən, dayəyə yönləndirilir.

* Uşaq saatı qolundan çıxardıqda gələn bildiriş. Saatlar sensorla təchiz olunub. Uşaq saatı qolundan çıxardan kimi, sizə bildiriş gələcək.

*Şarj azalma bildirişi. Əgər saatın şarjı tükənmək üzrədirsə, siz bildiriş alacaqsız.

*Uzaqdan söndürmə. Uşaq saatı ehtiyyatsızlıqdan özü söndürə bilməyəcək. Saatı yalnız valideyin mobil əlavə vasitəsi ilə söndürə bilər.

*İcazə verilmiş nömrələr siyahısı. Valideyin uşağa zəng edə biləcək nömrələri özü müəyyən edir. Kənar şəxslər uşağı narahat edə bilməyəcək.

*”Narahat etmə” funksiyası. Valideyin mobil əlavə vasitəsi ilə uşağa manə olmamaq üçün müddət təyin edə bilər. Məsələn, uşağın dərs vaxtı.

Rənglər: cəhrayi, mavi, tünd göy, yaşıl, ağ.

İstifadəçinin digər məhsulları



Daxil ol

Zəhmət olmasa, elektron poçt ünvanınızı və şifrənizi təqdim edin