Qaydalar və Şərtlər

Bu İstifadəçi Razılaşması, Məxfilik Siyasəti və saytımızda qeyd olunmuş digər bütün siyasətlər Alsatmall.com-un qaydalarını müəyyən edir ki, siz bu qaydalar əsasında saytımıza daxil ola bilər, saytdan, onun xidmətlərindən, tətbiqlərdən və digər vasitələrdən (ümumilikdə “Xidmətlər”) istifadə edə bilərsiniz. Bütün siyasətlər bu İstifadəçi Razılaşmasına daxil edilmişdir. Xidmətlərimizə daxil olub onlardan istifadə etdiyiniz zaman yuxarıda yazılanlara riayət etməyə razılıq vermiş olursunuz. Müqavilə bağladığınız müəssisə Birləşmiş Ərəb Əmirlikləri, Dubay, Deyra, Baniyas yolu, Al-Sabkha Tower, Ofis 602 ünvanında yerləşən Yarpaq&Relax MMC-dir. Nəzərinizə çatdırırıq ki, bu İstifadəçi Razılaşması bizim bir-birimizə qarşı olan iddiaların necə həll olunduğu barədə müddəalardan ibarətdir.  (Aşağıdakı Zəmanət Məsuliyyətindən İmtina;  Məsuliyyət və Hüquq Mübahisələrinin Məhdudlaşdırılması müddəalarına baxın).  Buraya həmçinin, Hakimlik Sazişi də daxildir ki, bu, siz bu Sazişdən (B Bölməsi Hüquqi Mübahisələr (“Hakimlik Sazişi”) haqqında oxuyun)  imtina etməzdən əvvəl vacib və son qərarı vermək üçün sizdən məhdud istisnalarla bizə qarşı olan iddialarınızı təqdim etməyinizi tələb edəcək. Əgər imtina etsəniz: (1) bundan sonra sizə heç bir şikayətçi qrupun və nümayəndə heyətinin üzvü olmadan, yalnız individual əsaslarda bizə qarşı olan tələblərinizi davam etdirməyə icazə veriləcək və (2) sizin yalnız individual  əsaslarda yardım (maliyyə, məhkəmə və deklerativ yardımlar) axtarmaq icazəniz olacaq.

Alsatmall.com Haqqında
Alsatmall.com öz istifadəçilərinə müxtəlif qiymət formatlarında və ərazilərdə istənilən məhsulun satış və alışına imkan verən bazar yeridir. Əslində müqavilə birbaşa olaraq satıcılar və alıcılar arasındadır. Xidmətlərimizdə sizə təmin etdiyimiz qiymətlər, çatdırılma, siyahıyaalma və digər təlimatlar sadəcə müstəsna məlumat xarakteri daşıyır və onlara əməl edib-etməməyə siz qərar verirsiniz. Həmçinin, biz müxtəlif proqramlar vasitəsilə mübahisələrin həllini tapmağa kömək edə bilsək də, Alsatmall.com nümayiş olunan məhsulların mövcudluğuna, keyfiyyətinə, təhlükəsizliyinə və hüquqiliyinə; istifadəçilərin məhsul və siyahılarının doğru və dürüstlüyünə; satıcıların məhsulları satma qabiliyyətinə; alıcıların məhsullar üçün ödəniş etmə qabiliyyətinə; və ya satıcı və alıcının əməliyyatları həqiqətən başa vuracağına, ya da məhsulu geri qaytaracığa nəzarət etmir və zəmanət vermir.

Alsatmall.com-dan İstifadə
Xidmətlərimizdən istifadə etmək və ya daxil olmaqla siz aşağıdakıları edə bilməyəcəksiniz:
- Saytımızda uyğunsuz kateqoriya və ya sahələrə aid məlumatlar yayımlamaq, siyahı yaratmaq və məhsul yükləmək;
- İstənilən hüquqları, üçüncü tərəfin haqqlarını və bizim sistemlərimizi, siyasətlərimizi və ya hesabınızın statusu haqqında qərarları pozmaq və ya onlara əməl etməmək;
- Hüquqi vacib müqavilələri tərtib etmək iqtidarında olmadığınız halda və ya saytımız, xidmətlərimiz, tətbiqlər və digər vasitələrdən istifadə etməkdə müvəqqəti və ya əsassız olaraq şübhəli hesab olunduğunuzda bizim Xidmətlərimizdən istifadə etmək;
- Əgər Alsatmall.com-un siyasətində qeyd olunmuş etibarlı səbəbləriniz yoxdursa, satın aldığınız məhsulun pulunu ödəməmək. Məsələn, siz satın aldıqdan sonra satıcı məhsul haqqında məlumatları dəyişmişdir, yazı xətası baş vermişdir və ya satıcı ilə əlaqə saxlaya bilmirsiniz;
- Əgər Alsatmall.com-un siyasətində qeyd olunmuş etibarlı səbəbləriniz yoxdursa, satdığınız məhsulu alıcıya çatdırmamaq. Məsələn, alıcı göstərilən şərtlərə əməl etməmişdir və ya alıcı ilə əlaqə saxlaya bilmirsiniz;
- İstənilən məhsulun qiymətini dəyişmək və ya başqa istifadəçilərin siyahılarına müdaxilə etmək;
- Sayt istifadəçilərinin ünsiyyət vasitələrindən istifadə etməklə satıcı və ya alıcıya öz əlaqə məlumatlarını ötürmək, yalnış, qeyri-dəqiq, aldadıcı, böhtan və təhqir xarakterli məlumatlar yayımlamaq;
- Rəy və ya reytinq sistemlərini zədələyəcək istənilən fəaliyyətlə məşğul olmaq;
- Alsatmall.com hesabınızı və istifadəçi qeydiyyat nömrənizi bizim razılığımız olmadan başqa bir şəxsin adına  keçirmək;
- Spam, arzuolunmaz və ya toplu elektron məlumatlar, zəncirvari məktublar və ya piramida sxemləri yaymaq və ya yayımlamaq;
- Alsatmall.com, və ya onun istifadəçilərinin maraq və mülkiyyətinə ziyan vura biləcək viruslar və ya istənilən başqa texnologiyalar yaymaq;
- İstənilən məqsədlə Xidmətlərimizə daxil olmaq üçün robot, hörümçək, maneə və ya başqa avtomatikləşdirilmiş vasitələrdən istifadə etmək;
- Robot təcridetmə başlıqlarından yan keçmək, Xidmətlərimizin işinə mane olmaq və ya infrastrukturumuzu çox güclü və ya qeyri-mütənasib şəkildə geniş həcmdə yükləmək;
- İstənilən müvafiq yurisdiksiyaların ixracın idarə olunması qanunlarına və qeyd olunmuş qayda və məhdudiyyətlərə uyğun hallar istisna olmaqla, digər hallarda Alsatmall.com-un istənilən proqramını və ya vasitəsini ixrac və ya təkrar ixrac etmək;
- Mühəndisi əks istiqamətləndirmək, yenidən istehsal etmək, nümayiş etmək və paylamaq, Alsatmall.com-a aid və ya lisenziyası Alsatmall.com-a verilmiş, başqa bir Alsatmall.com istifadəçisinə və ya üçüncü tərəfə məxsus, Xidmətlərimizə əsaslanan tərkiblərdən törəmələr hazırlamaq. Buraya istənilən müəllif hüquqları, ticarət markası, patent və ya digər intellektual mülkiyyət hüquqları daxildir və bu sadalananlardan istifadəni ilkin ekpress icazə üçün lisenziyalaşdırmaq hüququna malik olan Alsatmall.com və ya digər bir üçüncü tərəf istisnadır.
- Alsatmall.com-un istənilən tətbiqini, və ya bu tətbiqə aid istənilən məlumat və ya proqramı kommersiyalaşdırmaq;
- İstifadəçilərin razılığı olmadan onlar haqqında məlumatları toplamaq; və ya Xidmətləri təmin etmək üçün istifadə etdiyimiz texniki meyarları pozmaq.

Əgər Alsatmall.com-dan sui-istifadə etdiyiniz aşkar olunarsa, biz öz müstəsna mülahizələrimizə əsasən və digər hüquqi müdafiə vasitələrini məhdudlaşdırmadan sizin hesabınızı və Xidmətlərimizə girişinizi məhdudlaşdıra, dayandıra, yerləşdirdiyiniz məlumat və məhsulları kənarlaşdıra, hesabınızla əlaqəli istənilən xüsusi statusları, siyahılarınızı silə, endirimləri azalda və ya aradan qaldıra və Xidmətlərimizdən istifadənizi dayandırmaq üçün texniki və hüquqi addımlar ata bilərik.

Təsdiqlənməmiş və ya uzun müddət fəaliyyətsiz qalmış, həmçinin, Xidmətlərimizi dəyişmiş və ya istifadə etməyən hesabları ləğv edə bilərik.

Bundan əlavə, istənilən səbəbdən bizim şübhəli siyahımıza düşmüş şəxsləri öz Xidmətlərimizdən təcrid etmək hüququna sahibik.

Mühafizə Siyasəti
Alıcı və ya satıcı məsələ qaldırarkən biz istifadəçinin fəaliyyət tarixçəsini və bizim siyasətimizdən istifadə etdiyi spesifik halları nəzərə ala bilərik. Həm alıcı, həm də satıcı üçün doğru olanı etmək məqsədilə mühafizə siyasətinə ən uyğun variantı seçə bilərik.

Siyahıyaalma Qaydaları

Məhsulu siyahıya almaqla, siz aşağıdakı qaydalara riayət edəcəyinizlə razılaşmış olursunuz:
- Siz siyahıya alınmış və təklif olunmuş məhsulun dəqiqliyi və tərkibi üzrə məsuliyyət daşıyırsınız.
- Sizin siyahıyaalmanız bir neçə saat yerinə yetirilməmiş ola bilər (bəzi hallarda 24 saat ərzində). Alsatmall.com, siyahınızın yerləşdirilmə müddətinə zəmanət vermir.
- Alsatmall.com-un siyasətlərini pozan məhsul və ya məlumatlar Alsatmall.com-un təmkimlilik prinsipi əsasında silinə bilər.

Satınalma Qaydaları
Məhsulu alarkən, siz alıcılar üçün nəzərdə tutulmuş qaydalarla razılaşmış olursunuz:
- Almaq öhdəliyini üzərinizə götürməzdən əvvəl bütün məhsul siyahısını oxumaq üzrə məsuliyyət daşıyırsınız.
- Hansısa məhsulu almaq öhdəliyini üzərinizə götürərkən məhsulun satın alınması üzrə hüquqi vacib müqaviləyə daxil olursunuz.
- Biz məhsulun müəllif hüquqlarını satıcıdan alıcıya köçürmürük.
- Əgər Alsatmall.com-dan başqa bir saytda ödəniş edirsinizsə, siz həmin saytın İstifadəçi Razılaşmasının subyektinə çevrilirsiniz və Alsatmall.com saytı bu əlahiddə ödəməyə hörmətlə yanaşır.

Tərkib
Xidmətlərimizdən istifadə edərək hər hansı bir məhsul və ya məlumatı yayımlayaraq və ya yayımlanmasına səbəb olaraq, siz bizə istənilən və bütün müəlliflik, ictimailik, ticarət nişanı və məlumat hüquqlarını, eləcə də məhsul üzərində olan mediaya məlum və ya gələcəkdə bildiriləcək bütün intellektual mülkiyyət hüquqlarını yerinə yetirmək üçün qeyri-müstəsna, dünya səviyyəsində, daimi, dəyişilməz, ödəmə xərclərindən azad olunmuş, müxtəlif səviyyələrdə sub-lisenziyalaşdırıla bilən hüquqlar vermiş olursunuz. Bundan əlavə, tam olaraq verilmiş müvafiq hüquqlar əsasında siz mənəvi hüquqlarınızdan imtina edirsiniz və bizə, bizim müttəfiq və müvəkkillərimizə qarşı heç bir bu və ya digər intellektual mülkiyyət və ictimai hüquq tələbləri irəli sürməyəcəyinizə dair söz verirsiniz.  Siz zəmanət verirsiniz ki, göstərilənlərin heç biri növbəti paraqrafda qeyd olunan hüquqları pozmayacaq: bizi məhsul və ya məlumatla təmin etmək, Xidmətlərimizdən istifadə etməklə məhsul və ya məlumatların yayımlanmasına səbəb olmaq, biz, istifadəçilərimiz və digər müqavilə tərəfdaşlarımız tərəfindən Xidmətlərimiz və İstifadəçi Razılaşması əsasında həyata keçirilmiş istənilən tərkibdən istifadə etmək (bundan törənmiş işlər də daxil olmaqla).

Biz üçüncü tərəflərin (istifadəçilər daxil olmaqla) təmin etdiyi baza şəkilləri, təsvirlər və məshulların xüsusiyyətləri haqqında kataloqlar təklif edə bilərik. Alsatmall.com-dakı siyahılarınız əsasında bu kataloqdan istifadə edə bilərsiniz.  Bu imkan Alsatmall.com-un müstəsna mülahizələri əsasında istənilən vaxt dəyişdirilə və ya ləğv edilə bilər. Biz bu etibarlı məlumatları təklif etməyə çalışarkən, kataloqların hər zaman dəqiq və yenilənmiş olacağına söz verə bilmərik, və siz razılaşırsınız ki, kataloqlardakı qeyri-dəqiqliklərdən bizi və ya kataloqları yerləşdirən şəxsləri cavabdeh tutmayacaqsınız. Kataloq müəllif hüquqları, ticarət nişanları və ya digər mülkiyyət hüquqları olan materiallardan ibarət ola bilər. Siz kataloqa daxil olan heç bir müəlliflik, mülkiyyət və ya identifikasiya qeydlərini silməmək, həmçinin, kataloqun tərkibinə əsaslanan heç bir törəmə işlər yaratmamağa razılıq verirsiniz (onları öz siyahılarınıza daxil etmək istisna olmaqla).

Səlahiyyətlər
Alsatmall.com-u sizin satıcı kimi fəaliyyət öhdəliklərinizdən qorumaq üçün Alsatmall.com satış tarixçəsi, satıcının fəaliyyəti, geri qaytarılanlar, siyahıyaalma kateqoriyasının riskləri, əməliyyat dəyəri kimi məlum faktorlara əsaslanan satıcının hesabındakı fonda girişi məhdudlaşdırmağı dəfələrlə məsləhət görüb və görməkdə də davam edəcək.

Sizinlə Əlaqənin Hüquqiləşdirilməsi; Zənglərin Qeydə Alınması
Siz bizə verdiyiniz və ya bizim müəyyən yollarla əldə etdiyimiz telefon nömrələrinə Alsatmall.com tərəfindən göndərilən öncədən lentə alınmış zənglər və ya ismarıcları qəbul etməyə razılıq verirsiniz. Biz bu cür zəngləri və ismarıcları aşağıdakı məqsədlərlə göndərə bilərik: 1) hesabınız barədə sizi məlumatlandırmaq; 2) hesabınızla bağlı problemləri aradan qaldırmaq; 3) mübahisəni həll etmək; 4) borcları toplamaq; 5) səsvermə və ya sorğu məqsədilə sizin fikirlərinizi öyrənmək; 6) təkliflər və reklamlar haqqında sizə məlumat vermək; və ya 7) başqa sözlə desək, sizin hesabınıza xidmət göstərmək və aramızda olan İstifadəçi Razılaşması, siyasətlərimiz, müvafiq qanunlar və digər sazişləri yerinə yetirmək.

Alsatmall.com onun hüquqlarını qoruyan və aramızda olan İstifadəçi Razılaşması, siyasətlərimiz, müvafiq qanunlar və digər sazişləri yerinə yetirilməsi öhdəliklərinə nəzarət edən tərəfdaşları ilə sizin telefon nömrələrinizi paylaşa bilər. Siz razılaşırsınız ki, bu xidmət təminatçıları tərəfdaşlar da öncədən lentə alınmış zənglər və ya ismarıclar vasitəsilə sizinlə əlaqə saxlaya bilər, və onların öz şəxsi məqsədləri üçün deyil, yalnız bizim məqsədlərimizi həyata keçirmək üçün sizinlə əlaqə saxlamaq hüququ var.

Alsatmall.com, keyfiyyətin idarə olunması, təlim və ya öz təhlükəsizliyini qorumaq məqsədilə, öncədən heç bir xəbərdarlıq etmədən və öz təmkinlilik prinsipləri əsasında sizinlə və ya sizin adınızdan Alsatmall.com-la və ya onun agentləriylə fəaliyyətdə olan şəxslərlə olan telefon danışıqlarını yoxlaya və ya lentə ala bilər.

Digərlərinin Məxfiliyi; Marketinq
Əgər Alsatmall.com sizi digər bir istifadəçi haqqında məlumatlarla təmin edirsə, siz bu məlumatlardan yalnız nəzərdə tutulmuş məqsədlər üçün istifadə edə bilərsiniz. Xidmətlərimizdən kənar məqsədlər üçün istifadəçi məlumatlarını üçüncü bir tərəfə ifşa edə, sata, icarəyə verə və ya paylaşa bilmərsiniz. Bundan əlavə, istifadəçinin razılığını almadan onun haqqında məlumatları elektron və ya digər vasitələrlə marketinq məqsədilə istifadə edə bilməzsiniz.

Əlavə Şərtlər

Geri Qaytarma, Dəyişdirmə və Ləğvetmə Əməliyyatları

Sifariş müştəriyə çatdırıldıqda, müştəri məhsuldan səbəbli və ya səbəbsiz imtina edərsə, məhsulu aldığı qaydada (qutu, sənəd, qəbz və s. olmaqla məhsula ziyan dəyməmiş halda) qaytara bilər.
Diqqət!!!
Şəxsi gigiyena (diş fırçası, daraqlar, saç aksesuarları, saç üçün biqudilər, üz və saç qırxan maşınlar və digər bu kimi oxşar məhsullar), ətirlər və kosmetik məhsullar geri qaytarılmır!!!
Səbəbsiz imtina pulu hər məhsula görə hesablanır.
Məhsulu dəyişmək və ya qaytarmaq üçün 077 207 77 77 nömrəsi ilə əlaqə saxlayıb, istəyinizi bildirməyiniz lazımdır.
Qeyd: Qaytarılma və dəyişdirilmə şərtləri satıcıların tələblərinə uyğun olaraq dəyişdirilə bilər. Bu haqda hər sifarişə uyğun olaraq SMS və whatsapp vasitəsilə bildiriş göndərilir.

Alıcının kredit kartı ilə əməliyyatın həyata keçirilməsi xərcləri “təsvir olunduğu kimi deyil” geri qaytarılma hallarına əsasən geri ödəniləcəkdir.

Zəmanətlərdən İmtina Etmək; Öhdəliklərin Məhdudlaşdırılması
Biz Xidmətlərimizi etibarlı, təhlükəsiz və layiqincə fəaliyyət səviyyəsində saxlamağa çalışsaq da, Xidmətlərimizin daimi fəaliyyətinə və ya onlara mütəmadi giriş imkanlarına zəmanət vermirik. Yeniliklərin siyahıya alınması və Alsatmall.com-un proqramlarının digər xəbərdarlıq funksionallıqları real zaman çərçivəsində baş verməyə bilər. Bu cür funksionallıq Alsatmall.com-un idarəçiliyindən asılı olmayan təxirəsalmaların subyektidir. Siz Xidmətlərimizdən öz riskləriniz bahasına istifadə etməklə və onların “OLDUĞU KİMİ” və “MÜMKÜN OLAN KİMİ” əsaslarında sizə təmin olunacağı ilə razılaşırsınız. Buna uyğun olaraq, müvafiq icazə verilən qanunlar səviyyəsində biz ifadə və güman edilən zəmanətləri, satış obyektinə çevrilə bilmə imkanları, müəyyən məqsədlərlə əlverişlilik və pozulmama şərt və qaydalarını istisna edirik.

Həmçinin, müvafiq icazə verilən qanunlar əsasında biz (valideynlərimiz, subsidiyaçılarımız, şəriklərimiz, bizim və onların məmurları, direktorlar, agentlər və işçilər daxil olmaqla) aşağıdakı səbəblər ucbatından baş vermiş zərər və itkilərə görə (pul, ixtiyar və ya vəzifə, xeyir və digər qeyri-maddi itkilər və istənilən birbaşa və ya dolayı yolla baş vermiş əhəmiyyətli itkilər və s.)  öhdəlik daşımırıq və siz də bununla razılaşırsınız:
- Xidmətlərimizdən istifadə və ya istifadə edə bilməməyiniz;
- Alsatmall.com tərəfindən təmin olunan qiymətləndirmə, çatdırılma və digər məsləhətlər;
- Xidmətlərimizdəki  təxirəsalma və ya axsaqlıqlar;
- Xidmətlərimizə daxilolma və ya bağlanma nəticəsində əldə olunmuş virus və zərərli proqramlar;
- Xidmətlərimizdə baş vermiş istənilən axsaqlıqlar, xətalar və uyğunsuzluqlar;
- Alsatmall.com Xidmətlərindən istifadə zamanı cihazınıza dəymiş ziyan;
- Üçüncü tərəfə məxsus tərkib, fəaliyyət və ya fəaliyyətsizliklər, həmçinin, Xidmətlərimizdən istifadə edilərək siyahıya salınmış məhsullar və saxta olduğu iddia edilən məhsulların məhv edilməsi;
- Hesabınızı qorumaq məqsədilə həyata keçirilən dayandırılma və ya digər fəliyyətlər, və ya yuxarıda göstərilən Alsatmall.com-dan Sui-İstifadə Etmək bölməsinə əməl edilməməsi;
- Yuxarıda göstərilən Siyahıyaalma Qaydalarında qeyd olunduğu kimi siyahıların axtarış nəticələrində peyda olma müddət və qaydaları;
- İstifadəçi Razılaşması və ya bizim siyasətlərimizə dəyişiklik nəticəsində sizin praktika, tərkib və ya davranışlara dəyişiklik etmək ehtiyacınız və ya bizneslə məşğul olmaq bacarığınızı itirməyiniz.

Bəzi yurisdiksiyalar zəmanətlərdən imtina edilməsinə və ya ziyanların istisna edilməsinə icazə vermir ki, bu imtina və istisnalar sizə aid deyildir.

Azadetmə
Əgər sizin bir və ya bir neçə istifadəçi ilə mübahisəniz olarsa, siz bizi (və bizim şəriklərimizi, subsidiyaçılarımızı, bizim və onların vəzifəli məmurlarını, direktorları, işçi və agentləri) bu cür mübahisələrdən irəli gələn istənilən xarakterli, məlum və ya naməlum tələblərdən, öhdəliklərdən və zərərlərdən (faktiki və əhəmiyyətli) azad edirsiniz. Bununla siz açıq şəkildə istənilən növ müdafiədən (qanunla müəyyən olunmuş və ya digərləri) imtina etmiş olursunuz ki, bu da həmin azadetmə ilə razılaşma zamanı sizin xeyrinizə olan və ya mövcudluğundan şübhə etdiyiniz öhdəliklərin daxil olduğu azadetmənin əhatəsini məhdudlaşdıra bilərdi.

Daxil ol

Zəhmət olmasa, elektron poçt ünvanınızı və şifrənizi təqdim edin