Məxfilik Siyasəti

Məxfilik Siyasəti haqqında bu məlumatlar sizin şəxsi informasiyanızın toplanması, istifadəsi, açıqlanması, saxlanması və qorunması haqqındadır. Bu, Alsatmall.com saytında aşağı hissədə göstərilən Məxfilik Haqqında Bildiriş, həmçinin, mobil cihazlar da daxil olmaqla necə və haradan istifadə etməyinizdən asılı olmayaraq, həmin bildirişin istinad olunduğu Alsatmall.com-un istənilən proqram, xidmət və ya vasitəsinə (ümumilikdə, “Xidmətlər”) aiddir.

Bu Xidmətlərdən istifadə etmək və ya hesab yaradıb qeydiyyatdan keçməklə, siz Məxfilik Haqqında Bildiriş və İstifadə Razılaşmasının şərtlərini qəbul etmiş və Bildirişdə təsvir olunmuş şəxsi informasiyanızın toplanması, istifadəsi, açıqlanması, saxlanması və qorunması ilə razılaşmış olursunuz. Əgər tələb olunan informasiyanı təmin etməsəniz, biz bütün Xidmətlərimizi sizə təqdim etməyə bilərik.

Əgər siz Azərbaycan Respublikasında yaşayırsınızsa, Birləşmiş Ərəb Əmirlikləri, Dubay, Deyra, Baniyas yolu, Al-Sabkha Tower, Ofis 602 ünvanı ilə müqavilə bağlayırsınız.

Müqavilə bağladığınız şirkət sizin məlumatlarınızı idarə edir və qlobal məxfilik standartlarına və müvafiq milli qanunlara əsaslanaraq şəxsi məlumatlarınızın toplanması, istifadəsi, açıqlanması, saxlanması və qorunması üzrə məsuliyyət daşıyır. Biz sizin şəxsi məlumatlarınızı Azərbaycan Respublikası və məlumat mərkəzlərimizin yerləşdiyi dünyanın istənilən yerindən idarə edə və saxlaya bilərik.

Şəxsi Məlumatlar
“Şəxsi Məlumatlar” müvafiq şəxs haqqındakı məlumatlardır və bu və ya Alsatmall.com-un sahib olduğu və ya əldə etmək imkanının olduğu digər məlumatlar vasitəsilə həmin şəxsin kimliyini müəyyənləşdirmək olar. Biz şəxsi məlumatları anonimləşdirilmiş və artıq şəxsiyyətin müəyyənləşdirilməsi üçün istifadəsi mümkün olmayan məlumatlar sırasına aid etməyi düşünmürük.

Bildirişdə Dəyişikliklər
Saytda dəyişdirilmiş şərtlər haqqında məlumat yayımlamaqla Məxfilik Haqqında Bildirişə düzəlişlər edə bilərik. Bütün dəyişdirilmiş və ya düzəliş olunmuş şərtlər yayımlandıqdan 30 gün sonra avtomatik olaraq qüvvəyə minir. Biz Məxfilik haqqında Bildirişə edilmiş istənilən mühüm dəyişikliklər haqqında xəbərlər bölməsi və/və ya e-mail vasitəsilə elan verəcəyik.

Məlumatın Toplanması
Biz şəxsi məlumatlarınızı sizdən, istifadə edə biləcəyiniz cihazlardan (mobil cihazlar daxil olmaqla) aşağıdakı əməliyyatları yerinə yetirdiyiniz zaman əldə edə, toplaya və saxlaya bilirik: Xidmətlərimizdən istifadə etdikdə,  hesab yaradaraq qeydiyyatdan keçdikdə, web formaya öz məlumatlarınızı daxil etdiyiniz, hesabınızı yenilədiyiniz və məlumat əlavə etdiyiniz, ictimai müzakirələr, söhbətlər və ya mübahisələrin həllində iştirak etdiyiniz zaman, ya da hər hansı halda bizimlə Xidmətlərimiz haqqında yazışdığınız zaman.

Bizim topladığımız şəxsi məlumatlara aşağıdakılar daxildir:

Xidmətlərimizdən istifadə etdiyiniz və ya hesab yaradaraq qeydiyyatdan keçdiyiniz zaman verdiyiniz şəxsi məlumatlar:
- Qeydiyyatdan keçdiyiniz zaman daxil etdiyiniz şəxsi məlumatlar: adınız, ünvanlar, telefon nömrələri və ya e-mail ünvanları
- Əməliyyatları və ya cəlb olunduğunuz əməliyyat nəticəsində yaratdığınız və ya hesabınızla əlaqədar əməliyyat yönümlü məzmunları həyata keçirdiyiniz zaman təmin etdiyiniz alış və satış məlumatları
- Yaratdığınız və ya hesabınızla əlaqəli olan digər məlumatlar (məsələn, səbətə məhsul əlavə etmək, Baxış Siyahısına məhsul əlavə etmək, kolleksiya yaratmaq və başqa kolleksiya və satıcıları izləmək)
- Əməliyyatlarla əlaqədar maliyyə məlumatları (məsələn, kredit kartı və ya bank hesabı nömrələri)
- Satınalma və ya məhsulun yerləşdirilməsi zamanı istifadə olunan poçt, hesab və digər məlumatlar, eləcə də, proqramlarımızdan biri vasitəsilə təmin olunan poçt xidmətləri, vergiləri aydınlaşdırmaq üçün tələb olunan məlumatlar (məsələn, vergi nömrəsi və ya digər şəxsi sənədlərin nömrələri) və müvafiq poçt məlumatları (məsələn, izləmə nömrələri, yenilənmiş izləmələr)
- Bəzi hallarda Xidmətlərimizdən istifadə edərkən təmin edə biləcəyiniz yaş, cins, maraqlar və bəyəndikləriniz haqqında məlumatlar
- Web formaya öz məlumatlarınızı daxil etdiyiniz, hesabınızı yenilədiyiniz və məlumat əlavə etdiyiniz, ictimai müzakirələr, söhbətlər və ya mübahisələrin həllində iştirak etdiyiniz zaman ya da hər hansı halda bizimlə Xidmətlərimiz haqqında yazışdığınız zaman təqdim olunan məlumatlar
- Topladığımız məlumatların doğruluğunu yoxlamaq və ya şəxsiyyətinizi müəyyənləşdirmək üçün bizdən tələb olunan əlavə və müvafiq milli qanunlarla müəyyənləşdirilmiş məlumatlar

Xidmətlərimizdən istifadə etdiyiniz və ya hesab yaratmaq məqsədilə qeydiyyatdan keçdiyiniz zaman avtomatik olaraq əldə etdiyimiz şəxsi məlumatlar:
- Biz həmçinin, Xidmətlərimizlə olan qarşılıqlı fəaliyyətiniz, reklam üstünlükləriniz və bizimlə ünsiyyətiniz haqqında da məlumatlar toplayırıq. Bu, Xidmətlərimizdən istifadə etdikdə,  hesab yaradaraq qeydiyyatdan keçdikdə, web formaya öz məlumatlarınızı daxil etdiyiniz, hesabınızı yenilədiyiniz və məlumat əlavə etdiyiniz, ictimai müzakirələr, söhbətlər və ya mübahisələrin həllində iştirak etdiyiniz, ya da hər hansı halda bizimlə Xidmətlərimiz haqqında yazışdığınız zaman əldə olunan məlumatlardır. Həmin məlumatlar bunlardan ibarətdir:
- Cihazın nömrəsi və ya özünəməxsus şəxsiyyəti təsdiqedici, cihazın növü, reklam üçün nömrə və cihazın özənəməxsus simvolu
- Mobil cihazınızdan əldə etdiyimiz informasiya da daxil olmaqla coğrafi yerləşmə haqqında məlumatlar
- Unutmayın ki, əksər mobil cihazlar sizə imkan verir ki, mobil cihazınızda istifadə etdiyiniz istənilən proqramın yerləşdiyiniz məkan məlumatlarınızdan istifadə etməyinə icazə vermək və ya mane olmaq funksiyalarını cihazın tənzimləmə menyusundan nizamlaya biləsiniz. 
- Səhifəyə baxış statistikanız, sayta giriş-çıxışlarınız, URL tövsiyələriniz, reklam məlumatlarınız, İP ünvanınız, internetdə fəaliyyət tarixçəniz və daxilolma məlumatlarınız.

Sizin təyinat məlumatlarınız, web-siqnallar və oxşar texnologiyalar vasitəsilə əldə etdiyimiz məlumatlar:
Baxdığınız səhifələr, daxil olduğunuz linklər, Xidmətlərimiz, reklam və e-mail məlumatları əsasında həyata keçirdiyiniz digər fəaliyyətlər haqqında məlumat toplamaq üçün biz təyinat məlumatlarınız, web-siqnallar, şəxsiyyəti təsdiqedicilər və oxşar texnologiyalardan istifadə edirik.

Digər mənbələrdən əldə olunan şəxsi məlumatlar:
- Biz bu məlumatları üçüncü tərəflərdən aldığımız məlumatlarla tamamlayıb sizin hesabınıza əlavə edə bilərik. Biz müvafiq milli qanunlarla icazə verildiyi halda ictimaiyyətə açıq demoqrafik məlumatları, əlavə əlaqə vasitələri haqqında, kredit yoxlanışı və kredit bürolarından məlumatları toplaya və istifadə edə bilərik.
- Biz məlumatlarınızı sosial şəbəkələrdə paylaşmağınıza, və ya sosial şəbəkələrdən istifadə edərək hesab yaratmağınıza, həmçinin, hesabınızı sosial şəbəkələrdəki hesabınızla əlaqələndirməyinizə icazə verə bilərik. Bu sosial şəbəkələr sizin onlarda saxlanılan şəxsi məlumatlarınıza avtomatik olaraq daxil olmamıza imkan verə bilər (məsələn, sizin tərəfinizdən baxılan, bəyənilən məlumatlar, sizə göstərilən və ya özünüzün daxil olaraq baxdığınız reklam məlumatları və s.). Əgər siz içərisində video yerləşdirilən hər hansı bir sayta girişimizə icazə verirsinizsə, deməli, razılaşırsınız ki, biz  iki il müddətinə və ya siz razılığınızdan imtina edənə qədər sizin video izləmələrinizi digər bir sosial şəbəkə ilə paylaşa bilər və ya həmin sosial şəbəkələrdən sizin video izləmələriniz haqqında məlumat əldə edə bilərik. Siz müvafiq sosial şəbəkənin məxfilik tənzimləmərinə daxil olaraq orada sizin haqqınızda saxlanılan hansı şəxsi məlumatlar üçün bizə giriş icazəsi verəcəyinizi tənzimləyə bilərsiniz. Öz hesabınızı sosial şəbəkə tərəfindən idarə olunan hesabınızla əlaqələndirməklə və bizə həmin məlumatlara giriş izni verməklə, siz razılaşırsınız ki, bu Məxfilik Haqqında Bildirişə əsasən biz həmin sosial şəbəkədə sizin haqqınızda saxlanılan məlumatları toplaya, istifadə edə və saxlaya bilərik.
- Əgər bizə kiminsə haqqında şəxsi məlumat verirsinizsə, bunu yalnız həmin şəxsin dəqiq və ilkin razılığı çərçivəsində edə bilərsiniz. Onlara Məxfilik Haqqında Bildiriş əsasında bu məlumatları necə topladığımız, istifadə etdiyimiz, açıqladığımız, saxladığımız haqda məlumat verməlisiniz.

Seçim
Sizinlə əlaqə yaratmaq və reklam məlumatlarını sizinlə paylaşmaq üçün hansı üsullardan istifadə etməyimiz, xüsusi müvafiq məlumatları sizə necə çatdırmağımız barədə, və hesabınızda daimi qalıb-qalmamağı seçmə hüququnuz var.

Ünsiyyətdə üstünlük verilən vasitələr
Siz Kabinetdəki profil tənzimləmələrinə daxil olaraq oradan hesabınız və alış-satış fəaliyyətiniz barədə bizim sizinlə əlaqə yaratmaq üsulları seçimlərimizə nəzarət edə bilərsiniz. Orada siz, həmçinin, üzvlərarası ünsiyyət nizamlamalarını idarə edə və hansı xəbərlər və reklam məlumatlarını almaq istədiyinizi seçə bilərsiniz.

Marketinq
Əgər bizdən reklam məlumatları almaq istəmirsinizsə, sizə e-mail vasitəsilə göndərilən link vasitəsilə xəbərlərə abunəliyinizdən imtina edə, Kabinetə daxil olaraq oradan profil nizamlamaları bölməsində dəyişiklik edə və ya bizdən məlumat almaq üçün hansı ünsiyyət vasitəsinə üstünlük verdiyinizi seçə bilərsiniz. Unutmayın ki, biz sizin dəqiq razılığınız olmadan şəxsi məlumatlarınızı üçüncü bir tərəfə marketinq məqsədilə satmırıq və ya icarəyə vermirik.

Reklam
Əgər reklamın şəxsiləşdirilməsi proqramlarımızda iştirak etmək istəmirsinizsə, müvafiq reklam vasitəsilə təqdim olunan göstərişləri izləyərək imtina edə bilərsiniz. İmtinanın nəticəsi olaraq şəxsiləşdirilmiş reklamlar dayandırılacaq, amma müəyyən məqsədlər, məsələn, məlumat, tədqiqat və daxili onlayn xidmət əməliyyatları məqsədləri üçün məlumat toplanmasına icazə veriləcək. Həmçinin, sizin dəqiq razılığınız olmadan üçüncü bir tərəfə öz reklam məqsədləri üçün sizin şəxsi məlumatlarınızı izləmək və toplamağa icazə vermirik.

Hesabda daimi qalmaq
Siz bizim Xidmətlərimizdən istifadə edərkən hesabınıza daxil olduqda, biz sizə müəyyən müddət ərzində hesabınızda daimi qalmaq imkanı verə bilərik. Əgər siz ictimai kompyuterdən istifadə edirsinizsə və ya kompyuterinizi kiminləsə paylaşırsınızsa, hesabınızda daimi qalmağı seçməyinizi məsləhət görmürük. Siz və ya sizin hesabınıza daxil olduğunuz kompyuter/brauzerden istifadə edən digər bir şəxs hesabınızda daimi qaldığınız müddət ərzində heç bir hüququ olmadan hesabınız haqqındakı məlumatların böyük bir hissəsinə baxa və ya daxil ola, həmçinin, orada müəyyən fəaliyyətlər həyata keçirə bilər. Siz və ya bu kompyuter/brauzerden istifadə edən digər bir şəxsin həyata keçirə biləcəyi xüsusi və hesab fəaliyyətlərinə aşağıdakılar daxildir:
- Hər hansı bir məhsulu almaq və ya onu təklif etmək
- Məhsulları qeydiyyatdan keçirmək və ya səbətinizə əlavə etmək
- Sürətli Qeydiyyatdan istifadə edərək PayPal vasitəsilə məhsul üçün ödəniş etmək (əgər bu funksiya hesabınızda aktivdirsə)
- Fəaliyyət başlıqlarınızı nəzərdən keçirmək
- Kabineti nəzərdən keçirmək
- Baxış Siyahısını nəzərdən keçirmək və ya dəyişiklik etmək
- Sifariş məlumatlarını görmək
- Rəy bildirmək
- Profil səhifəsini görmək
- Bir üzvdən digər üzvə ismarıc göndərmək
- Satışdan sonrakı fəaliyyətləri icra etmək, rəyləri bəyənmək, sifarişləri ləğv etmək, malın geri qaytarılması və ya digər tələblər irəli sürmək

Əgər şifrənizi, istifadəçi qeydiyyat nömrənizi dəyişmək, hesabınız haqqında istənilən məlumatı yeniləmək və ya başqa əməliyyatlar yerinə yetirmək istəsəniz, şifrənizi daxil etməyiniz tələb olunacaq.

Siz hesabınızdan çıxmaq və/və ya təyinat məlumatlarınızı təmizləməklə hesabda daimi qalma sessiyasına son verə bilərsiniz. Əgər brauzerinizin şəxsi tənzimələrində müvafiq funksiyanı aktivləşdirmisinizsə, sadəcə brauzerinizi bağlamaq, ya da təyinat məlumatlarınızı təmizləməklə hesabda daimi qalma sessiyasına son verə bilərsiniz.  Əgər siz ictimai kompyuterdən istifadə edirsinizsə və ya kompyuterinizi kiminləsə paylaşırsınızsa, hesabınızı və şəxsi məlumatlarınızı qorumaq üçün Xidmətlərimizdən istifadə edib işinizi bitirdikdən sonra hesabınızdan çıxmalı və/və ya təyinat məlumatlarınızı təmizləməlisiniz.

Razılıqdan imtina
Əgər siz bu Məxfilik Haqqında Bildirişdə göstərilən məqsədlər üçün şəxsi məlumatlarınızın istifadə olunması və ya açıqlanmasına razılıqdan imtina edirsinizsə, o zaman sizin bütün Xidmətlərimizə giriş imkanınız, və bizim sizi bütün Xidmətlərimizlə təmin etmək və bu Məxfilik Haqqında Bildiriş və İstifadəçi Razılaşması üzrə hüquqiləşdirilmiş və istifadəçilərimizə təklif etdiyimiz müştəri dəstəyilə təmin etmək imkanımız olmaya bilər.

Daxil ol

Zəhmət olmasa, elektron poçt ünvanınızı və şifrənizi təqdim edin