İşlənmiş Məhsullar Haqqında

Alsatmall.com-un qeydiyyatından keçən istifadəçilər həmçinin işlənmiş məhsullarını da sata bilərlər. Bunun üçün aşağıdakı qaydalarla tanış ola bilərsiniz:

- Hər hansı bir şəxs işlənmiş məhsulunu saytımızda yerləşdirmək istəyərsə, qeydiyyatdan keçib yerləşdirə bilər. Lakin bir istifadəçi yeni məhsul satışı ilə məşğuldursa və işlənmiş məhsulunu yerləşdirmək istəyərsə, o zaman yenidən digər istifadəçi adı ilə qeydiyyatdan keçməlidir.
- İşlənmiş məhsul və ya məhsulların şəkilləri keyfiyyətli, aydın və dəqiq olmalıdır.
- İşlənmiş məhsul və ya məhsulların təsvirləri ətraflı və dəqiq olmalıdır.
- İşlənmiş məhsullara görə satıcılardan hər hansı komisyon tutulmur.
- İşlənmiş məhsul və ya məhsulların çatdırılması, işlənmiş məhsulun satıcısı tərəfindən həyata keçirilir.
- İşlənmiş məhsul və ya məhsullar yerləşdirən istifadəçinin nömrəsi, həmin məhsulun səhifəsində qeyd olunur.
- Məhsulun sifarişi nağd olduqda müştəri ödənişi birbaşa satıcıya ödəyir. Məhsulun sifarişi online olduqda isə əməkdaşlarımız satıcı ilə əlaqə saxlayaraq ödənişi satıcıya çatdırır.

Qeyd. İşlənmiş məhsullara görə saytımız heç bir məsuliyyət daşımır.

Daxil ol

Zəhmət olmasa, elektron poçt ünvanınızı və şifrənizi təqdim edin