Paltaryuyan maşın

Paltaryuyan maşın xanımların  bir nömrəli köməkçisidır. Ona görə paltaryuyan seçimində bütün nüansları və faktorları nəzərə alınmalıdır.

İlk öncə hansı maşına ehtiyyac duyduğunuzu aydınlaşdıraq. Yüklənmənin növünə görə:  şaquli (yuxarıdan), frontal (yandan). Frontal yüklənməsi olan maşınları məhdud məkana yerləşdirmək asandır, unudulan əşyanı elə yuyulma prosesindəcə barabana daxil etmək mümkündür. Sözügedən texnikanın yerləşdirilməsi məsələsinə gəlincə, burada onun ölçülərini nəzərə almaq lazımdır, çünki onlar bir-birindən ciddi şəkildə fərqlənə bilər. Ümumiyyətlə, standart ölçü 85 sm-dir, eni - 60 sm, dərinliyi - 58 sm. Əlbəttə, maşının ölçüsü yüklənən paltarın miqdarına birbaşa təsir göstərir. Adi model bir seansa 5-7 kq paltar yumağa imkan verir. Əgər maşının ölçüləri kiçikdirsə, deməli, barabanın həcmi də balaca olacaq. Yumanın effektivliyi və enerji sərfiyyatına görə:  “А” dərəcəli – elektrik enerjisinə maksimal dərəcədə qənaət edir və ehtiyyatla yuyur; “B” dərəcəli – yuyulmanın keyfiyyəti eyni dərəcədə yüksəkdir;  “С”, “D” və “E” dərəcəli - yuyulmanın keyfiyyəti orta səviyyədədir;  “F”, “G” dərəcəli – yuyulmanın keyfiyyəti və enerji sərfiyyatı aşağı səviyyədədir. Bu hərflər həmçinin sıxılmanın keyfiyyətini göstərir: dəqiqədə 1600 dəfə dövr etməklə quru paltardan tutmuş 400 dövriyyədə sıxma şəraitində nəm paltaradək. İdarəetmə:  mexaniki, elektron. Elektron idarəetmə yuma prosesinə nəzarət etməyə imkan verir, paltarın keyfiyyət və həcmindən çıxış edərək daha səmərəli yuma prossesini seçən olduqca münasib proqramlar sisteminə malikdir. Bu növ idarəetməsi olan maşının təhlükəsizlik səviyyəsi yüksəkdir – burada qəza dayanması və s. nəzərdə tutulub. İnternet vasitəsilə belə paltaryuyan maşının alınması çətin deyil. Mexaniki idarəetmə elektrik enerjisinin azalıb-çoxalmasına qarşı daha dayanıqlı olsa da, xeyli sayda mütəhərrik hissədən ibarət olduğu üçün daha tez sıradan çıxır.

Hal-hazırda paltaryuyanlar müxtəlif yeni sistem, funksiya və proqram üzrə işləyir. Onların bəziləri ilə Sizi tanış edirik:

ALC sistemli paltaryuyanlarBu sistemli paltaryuyan maşınlar yuyulan paltarların miqdarından asılı olaraq elektrik enerjisinin və suyun sərfiyyatını idarə etmə qabiliyyətinə malikdirlər.

Aqua SensorBu funksiya  yuma zamanı  suyun az sərf olunmasını təmin edir. Lakin şəraitdən asılı olaraq, əgər  su bulanıqdırsa bu zaman yuma vaxtı və yaxalama sayı artır. Əks halda yəni, əgər su təmizdirsə yuma vaxtı və yaxalama sayı azalır.

Booble-soaking sistemli paltaryuyanlar:  Bu sistem paltaryuyanlarda yuyucu maddənin həll olunmasını təmin edir. Yuma zamanı  suda xüsusi köpüklər əmələ gətirir və onlar yuyucu vasitənin tam həll olmasını təmin edir.

Fuzzi Logic sistemli paltaryuyanlar: Bu sistem paltaryuyan maşının parametr və rejimlərini idarə edən sistemdir.Qeyd olunan proses  belə baş verir: paltaryuyana paltar əlavə etdikdən sonra maşın su yığır, paltarın islanması üçün bir neçə dövrə vurur. Paltar islandıqdan sonra avtomatik olaraq paltarın miqdarı çənə verilən suyun temperaturu, təzyigi hesablanır. Bütün bu verilənləri emal etdikdən sonra sistem tərəfdən prosesə uyğun olan su miqdarı, yuma rejimi, sıxma, yaxalama  və s. kimi proseslər idarə edilir.

 

Daxil ol

Zəhmət olmasa, elektron poçt ünvanınızı və şifrənizi təqdim edin